İran ABŞ-ın Suriyadakı aviazərbələrini beynəlxalq hüququn pozulması adlandırıb

İran ABŞ-ın Suriyadakı aviazərbələrini beynəlxalq hüququn pozulması adlandırıb
  • Clock-gray 06:05
  • calendar-gray 27 Fevral 2021

Tehran ABŞ-ın Suriyaya son aviazərbələrini zorakılıq və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“İran XİN-in rəsmi nümayəndəsi ABŞ qüvvələrinin Suriyanın şərqindəki qanunsuz və zorakı hücumunu qəti şəkildə qınayır, bu, beynəlxalq hüquq pozuntusudur”, - deyə nazirliyin açıqlamasında bildirilir.

S.Xətibzadənin sözlərinə görə, ABŞ Suriyaya İsrailin “daimi zorakılığının davamı olaraq” zərbə endirib. O, həmçinin qeyd edib ki, “Amerika bazaları qanunsuz olaraq Suriyada yerləşdirilib və orada onlar terrorçular hazırlayırlar”.

Diplomat bildirib ki, ABŞ-ın Suriyadakı obyektlərə aviazərbəsi ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır və qarşıdurmaların artmasına, bölgədə sabitliyin pozulmasına səbəb olacaq.

apa-logo-mini

Digər xəbərlər