İran ABŞ-ın son sanksiyalarını görüntü yaratmaq cəhdi adlandırıb

İran ABŞ-ın son sanksiyalarını görüntü yaratmaq cəhdi adlandırıb
# 17 yanvar 2021 02:38 (UTC +04:00)

İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ABŞ-ın İrana qarşı tətbiq etdiyi son sanksiyaları görüntü yaratmaq cəhdi kimi xarakterizə edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə M.Vaezi “Twitter” hesabında yazıb.

Qeyd edək ki, hazırkı Ağ Ev Administrasiyası Trampın səlahiyyət müddətinin bitməsindən bir həftə əvvəl Tehrana qarşı sanksiyanı nəzərəçarpacaq dərəcədə artırıb. Son sanksiya İran şirkətlərinin silah satışında iştiraka qadağa qoyur. Bu qadağa İranla yanaşı BƏƏ və Çinin də bir sıra şirkətlərinə şamil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR