İran Ali liderinin müşaviri: "ABŞ hərbi obyektlərinə zərbə endirməyə hazırlaşırıq"

İran Ali liderinin müşaviri: "ABŞ hərbi obyektlərinə zərbə endirməyə hazırlaşırıq"
# 05 yanvar 2020 19:54 (UTC +04:00)

Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır.

APA-nın məlumatına görə, bunu bu gün CNN telekanalına müsahibəsində İran Ali lideri Əli Xameneinin hərbi müşaviri Hüseyn Dehqan bəyan edib.

H.Dehqan deyib ki, müharibəni ABŞ başlayıb: “Buna görə də ABŞ hərəkətinə məqsədyönlü cavaba hazır olmalıdır. Müharibənin bu dövrünə ABŞ-ın bizə vurduğu zərbəyə bərabər zərdə alması son qoya bilər. Təbii ki, cavab hərbi cavab olacaq və hərbi obyektlərə yönələcək. İran heç vaxt müharibəyə can atmayıb və can atmayacaq”.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR