İran Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni razılaşma ilə bağlı təklifini rədd edib

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni razılaşma ilə bağlı təklifini rədd edib
# 18 dekabr 2020 11:55 (UTC +04:00)

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossinin ABŞ-ın yeni adminstasiyası hakimiyyətə gəldikdən sonra nüvə danışıqlarını canlandırmaq üçün yeni razılaşma imzalamaq təklifini rədd edib.

APA-nın xəbərinə görə, bu barədə İranın BAEA-dəki səfiri Kazım Qəribabadi "Twitter"də bildirib.

"Öhdəliklərin necə həyata keçirilməsi barədə hər hansı qiymətləndirmə təqdim etmək qurumun səlahiyyətlərindən tamamilə kənardır və bunu etməkdən çəkinmək lazımdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, BAEA-nın direktoru Rafael Qrossi "Reuters"ə müsahibəsində bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden gələn ay öz vəzifəsinin icrasına başlayan zaman İranın nüvə proqramı ilə bağlı razılaşmanın yenidən qüvvəyə minməsi mümkün görünmür, çünki İran tərəfindən öhdəliklərlə bağlı çox sayda pozuntu olub.

Co Bayden isə İran Hərtərəfli Birgə Fəaliyyət Planındakı öhdəliklərinə yenidən əməl edərsə, ABŞ-ın bu razılaşamaya yenidən qoşula biləcəyinin mümkünlüyünü bildirib.

Xatırladaq ki, 2018-ci ildə ABŞ-ın hazırki Prezidenti Donald Tramp bu razılaşamdan çıxıb və İrana qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq İran sözügedən razılaşmanın müəyyən öhdəliklərini pozub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR