İran Cənubi Koreyaya məxsus tankeri sərbəst buraxıb

İran Cənubi Koreyaya məxsus tankeri sərbəst buraxıb
# 09 aprel 2021 11:37 (UTC +04:00)

İran yanvar ayında Körfəzdə saxladığı Cənubi Koreyaya məxsus “Hankuk Chem” tankerini və onun heyətini sərbəst buraxıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bildirib.

O deyib ki, gəminin törətdiyi qayda pozuntusuna dair təhqiqat başa çatdığı üçün prokurorluq gəmi sahibi və Cənubi Koreya hökumətinin istəyinə uyğun olaraq tanker və onun heyətinin sərbəst buraxılmasına göstəriş verib.

XİN sözçüsü qeyd edib ki, İran İslam Respublikası Körfəz və Oman dənizində dəniz və ekologiyanın qorunması qaydalarına nəzarət edir və bu qaydaları pozanlar haqda ölçü götürür.

Xatırladaq ki, “Hankuk Chem” gəmisini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri saxlayıb. İran gəminin Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət etdiyini açıqlayıb. Cənubi Koreya və ABŞ İranı gəmini dərhal azad etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR