İran Cənubi Koreyaya məxsus tankerin ekipajını sərbəst buraxıb

İran Cənubi Koreyaya məxsus tankerin ekipajını sərbəst buraxıb
# 02 fevral 2021 18:07 (UTC +04:00)

İran ötən ayın əvvəlində Körfəzdə saxlanılan Cənubi Koreyaya məxsus tankerin ekipajını sərbəst buraxıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Səid Xətibzadə bildirib.

“İran məhkəməsi tərəfindən ekologiyanın çirkləndirilməsi ilə bağlı saxlanılan tankerin ekipajı humanizm prinsipləri əsasında azad edilib və onlar ölkəni tərk edə bilərlər”, - deyə XİN rəsmisi vurğulayıb.

Tankerin kapitanının istintaqı isə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR