İran Ermənistanda yaranan çətin şəraitdə bu ölkə ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib

İran Ermənistanda yaranan çətin şəraitdə bu ölkə ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib
# 29 dekabr 2020 10:24 (UTC +04:00)

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Ermənistan səfiri Artaşes Tumanyanla görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Ermənistan səfiri Ə. Şamxaniyə Ermənistan və Dağlıq Qarabağda mövcud vəziyyət, eyni zamanda bölgədə cərəyan edən proseslər barədə məlumat verib.

Stabil və davamlı sülhün bərqərar olması üçün İran İslam Respublikasının mövqeyini vurğulayan Ə. Şamxani, İranla Ermənistan arasında, xüsusən də bu ölkədə yaranan çətin şəraitdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR