İran Ordusunun yaranması münasibətilə parad keçirilməyəcək

İran Ordusunun yaranması münasibətilə parad keçirilməyəcək
  • Clock-gray 12:09
  • calendar-gray 07 Aprel 2020

İran Silahlı Qüvvələrinin yaranması günü münasibətilə aprelin 18-də parad keçirilməyəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran ordusunun Qərargah rəisi, kontr-admiral Həbibulla Səyyari mətbuat konfransında bildirib.

H.Səyyari deyib ki, bununla yanaşı, İran İslam Respublikasının banisi İmam Xomeyninin məqbərəsində hərbçilər və prezidentin iştirakı ilə nəzərdə tutulan tədbir də keçirilməyəcək.

Qrargah rəisi qeyd edib ki, 1979-cu ildən bəri parad hər il keçirilib. Bu il isə İranda Ordu Günü paradının əvəzinə “Vətən müdafiəçiləri və sağlamlıq köməkçiləri” devizi ilə “Xidmət Paradı” keçiriləcək. Belə ki, ordu ölkə ərazisində sağlamlığın qorunması məqsədilə bir sıra tədbirlər görəcək. 

Süleyman Fərzəliyev

Digər xəbərlər