İran Prezidenti Beynəlxalq Valyuta Fonduna çağırış edib

İran Prezidenti Beynəlxalq Valyuta Fonduna çağırış edib
# 08 aprel 2020 11:46 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani Beynəlxalq Valyuta Fonduna (BVF) çağırış edib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Həsən Ruhani hökumətin iclasında çıxışı zamanı deyib.

“Beynəlxalq təşkilatları öz vəzifələrini yerinə yetirməyə çağırıram. Biz Beynəlxalq Valyuta Fondunun üzvüyük. Kredit verilərkən ayrı-seçkilik tətbiq olunmamalıdır”, - deyə İran Prezidenti bildirib.

H. Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaları da tənqid edib, bunu
“iqtisadi və tibbi terrorizm” adlandırıb.

Qeyd edək ki, İran koronavirus pandemiyası ilə mübarizə üçün BVF-dan 5 milyard dollar təcili maliyyə yardımı istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR