İran Prezidenti: “Ukrayna təyyarəsinin qəzasına səbəb olan şəxslər mühakimə olunmalıdır”

İran Prezidenti: “Ukrayna təyyarəsinin qəzasına səbəb olan şəxslər mühakimə olunmalıdır”
  • Clock-gray 15:18
  • calendar-gray 06 Yanvar 2021

“Ukrayna təyyarəsinin qəzasına səbəb olan şəxslər mühakimə olunmalıdır”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetiin iclasında deyib.

"Bu, bizim üçün çox ağır idi. Əvvəl nə baş verdiyi bizə aydın deyildi, aydın olandan sonra xalqa açıq şəkildə elan olunmasını istədik” deyən H,Ruhani bildirib ki, elə ilk gündən bu hadisəyə səbəb olan şəxslərin mühakimə olunması tələb edilib: “Bu gün də buna təkid edirik".

İran Prezidenti deyib ki, Nazirlər Kabineti həmin qəzada həyatını itirən hər bir şəxsə 150 min avro verilməsi qərarını qəbul edib.

Onun sözlərinə görə, baş vermiş təyyarə qəzası ilə bağlı Ukrayna ilə danışıqlar aparılacaq.

Süleyman Fərzəliyev

Digər xəbərlər