İran Qasim Süleymaninin adını verdiyi yeni ballistik raketin təqdimatını edib

İran Qasim Süleymaninin adını verdiyi yeni ballistik raketin təqdimatını edib
# 20 avqust 2020 11:54 (UTC +04:00)

İran yeni ballistik raketlərinin təqdimatını edib.

APA-nın Tehran bürosunun məlumatına görə, yeni raketlərə General Qasim Süleymani və Mehdi Mühəndisin adları verilib.

İran Müdafiə Nazirliyi açıqlamasında "Hacı Qasim" və "Əbu Mehdi" raketlərinin yeni nailiyyət olduğunu açıqlayıb.

"Hacı Qasim" ballistik raketi 1400 kilometr, "Əbu Mehdi" raketi isə 1000 kilometr məsafədə hədəfi məhvetmə gücünə malikdir.

İran Müdafiə Nazirliyi həmçinin RQ-170 pilotsuz təyyarəsinin motorunun təqdimatını da edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR