İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı səhvən vurulan Ukraynaya məxsus təyyarə ilə bağlı məlumat yayıb

İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı səhvən vurulan Ukraynaya məxsus təyyarə ilə bağlı məlumat yayıb
  • Clock-gray 13:44
  • calendar-gray 11 Yanvar 2020

“Ukraynaya mәxsus tәyyarә sәhvәn vurulub”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu haqda İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında bildirilir.
Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb: “İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyir. Aparılan islahatlar nәticәsindә bir daha belә hadisәnin baş vermәsi qeyri- mümkün olacaq”.

Qurum hadisə ilə bağlı qanuni çәrçivәdә addımın atılacağını elan edib.

Süleyman Fərzəliyev

Digər xəbərlər