İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək

İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
  • Clock-gray 10:25
  • calendar-gray 23 Sentyabr 2020

Təbriz-İstanbul marşrutu üzrə fövqəladə aviareysin təşkilinə başlanılıb.

APA-nın Tehran bürosu xəbər verir ki, Şərqi Azərbaycan əyalətinin Hava Limanları İdarəsinin məlumatına görə, Təbriz-İstanbul-Təbriz aviareysi üzrə fövqəladə uçuşlar təşkil ediləcək.

“Təbriz-İstanbul marşrutu üzrə 6601 saylı reyslə fövqəladə uçuş “Airbus A320” təyyarələri ilə İranın “ATA Airlines” aviaşirkəti tərəfindən sentyabrın 25-də saat 15:00-da, İstanbul-Təbriz marşrutu üzrə 6602 saylı uçuş isə həmin gün saat 18:00-da həyata keçiriləcək”, - məlumatda deyilir.

Həmçinin bildirilir ki, koronavirusla mübarizə məqsədilə Təbriz Hava Limanında görülən qabaqlayıcı və davamlı tədbirlər sayəsində Təbrizə gələn və gedən bütün sərnişinlərin, xüsusən də qeyd edilən aviareysin sərnişinlərinin Təbriz hava limanına daxil olarkən monitorinqi və yoxlanılması ilə bağlı müvafiq tədbirlər aeroportda fəaliyyət göstərən sərhəd tibb xidməti tərəfindən görülür.

Süleyman Fərzəliyev

Digər xəbərlər