İran XİN: Koronavirusla mübarizədə ABŞ-dan heç vaxt kömək istəməyəcəyik

İran XİN: Koronavirusla mübarizədə ABŞ-dan heç vaxt kömək istəməyəcəyik
# 06 aprel 2020 15:17 (UTC +04:00)

“Koronavirusla mübarizədə İran ABŞ-dan heç vaxt kömək istəməyəcək”.

APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

“Pandemiya ilə mübarizədə İran ABŞ-dan heç vaxt Tehrana kömək etməsini istəməyib və istəməyəcək. Ancaq ABŞ İrana qarşı bütün qanunsuz, birtərəfli sanksiyaları qaldırmalıdır", - deyə İran XİN sözçüsü vurğulayıb.

O qeyd edib ki, ABŞ Tehranı danışıqlara məcbur etməyə çalışır.

Xatırladaq ki, daha əvvəl İranın Ali Rəhbəri Əli Xamenei bildirib ki, Tehran koronavirusla mübarizə üçün ABŞ-ın təklif etdiyi humanitar yardımdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR