İran XİN başçısı Azərbaycana səfər edəcək

İran XİN başçısı Azərbaycana səfər edəcək
# 19 noyabr 2020 19:56 (UTC +04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz "Twitter" səhifəsində yazıb.

"Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək".

S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar mövzusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR