İran ordusu “İqtidar 99” təlimlərinə başlayıb

İran ordusu “İqtidar 99” təlimlərinə başlayıb
# 19 yanvar 2021 13:00 (UTC +04:00)

İran ordusunun “İqtidar 99” adlı təlimləri keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, təlimlər Sistan və Bəlucistan əyalətində, Mekran sahillərində keçirilir.

Təlimlərdə Quru Qoşunları ilə yanaşı, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı qüvvələr də iştirak edir.

Təlimin məqsədlərindən biri əməliyyat sürətinin rekordunu qırmaq, təhdidlərə tez və qətiyyətlə cavab verməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR