İran parlamenti hökumətin hazırladığı büdcə layihəsini qəbul etməyib

İran parlamenti hökumətin hazırladığı büdcə layihəsini qəbul etməyib
# 02 fevral 2021 16:45 (UTC +04:00)

İranda Prezident Həsən Ruhani administrasiyasının təklif etdiyi büdcə layihəsi mühafizəkarların çoxluq təşkil etdiyi parlament tərəfindən rədd edilib.

APA-nın Tehran bürosunun xəbərinə görə, parlament ölkədəki islahatçı qanadı təmsil edən Həsən Ruhani hökumətinin hazırladığı 2021-ci il büdcə layihəsini qəbul etməyib.

Büdcə layihəsi struktur dəyişiklikləri üçün yenidən hökumətə göndərilib və iki həftə sonra yenidən müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR