İran səfiri Türkiyə XİN-ə çağırılıb

İran səfiri Türkiyə XİN-ə çağırılıb
# 28 fevral 2021 16:21 (UTC +04:00)

İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, buna dünən İranın İraqdakı səfiri İrec Mescidinin Türkiyənin İraqın suverenliyini pozmaqda ittiham etməsi, Türkiyəni İraqdakı qoşunlarını çıxarmağa çağırması olub.

Türkiyə XİN-də səfir M. Ferazmendə bildirilib ki, Ankara Tehrandan terrorizmlə mübarizəyə qarşı çıxmaq deyil, terrorizmlə mübarizədə dəstək gözləyir.

Səfirə bildirilib ki, iraqlı həmkarının səsləndirdiyi ittihamlar Türkiyə tərəfindən qətiyyətlə rədd edilir, çünki Türkiyənin apardığı hərbi əməliyyatlar İraqın sabitliyinin bərpası, təhlükəsizlik və suverenliyini hədəf alan PKK ünsürlərinə qarşı mübarizə məqsədi daşıyır. Nəzərə çatdırılıb ki, bu, İraq rəsmi dairələrinə məlumdur və Türkiyə ilə İraq arasında son zamanlar keçirilən yüksək səviyyəli görüşlər də buna nümunədir. Türkiyə XİN-in xəbərdarlığında həmçinin qeyd olunub ki, səfir İ.Məscidinin həmin müsahibəsində İraqda PKK-nın mövcudluğu haqqında heç bir fikir bildirilməyib, halbuki rəsmi İraqın terrorla mübarizəsinə hər iki ölkənin dəstək verməsi vacibdir.

Qeyd edək ki, Türkiyə dövrü olaraq İraqın şimalındakı PKK terror təşkilatının bazalarının məhv ediməsi ilə bağlı əməliyyatlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR