İran səhvən vurulmuş Ukrayna təyyarəsinin "qara qutu”sunu Fransaya göndərə bilər

İran səhvən vurulmuş Ukrayna təyyarəsinin "qara qutu”sunu Fransaya göndərə bilər
  • Clock-gray 13:14
  • calendar-gray 11 Yanvar 2020

İran vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunun şifrəsini açmaq üçün Fransaya göndərmək niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İranın Mülki Aviasiya Təşkilatının aviaqəzaların araşdırma şöbəsinin rəisi Həsən Rezaifar bildirib.

Onun sözlərinə görə, İranda “qara qutu”nu oxumaq üçün lazımi texnologiya mövcud deyil.

H.Rezaifar vurğulayıb ki, Tehran Kanada, Fransa və ABŞ-dan onu “qara qutu”nun oxunması üçün lazım olan avadanlıqlarla təmin etməyi xahiş etsə də, müsbət cavab almayıb. Bundan sonra İran Ukrayna, İsveç, Böyük Britaniya, Kanada və ABŞ-dan “qara qutu”nu müstəqil laboratoriyaya göndərməyi xahiş edib və bu ölkələr onu Fransaya göndərməyə razılaşıblar. Rezaifarın sözlərinə görə, İranla Fransa arasında “qara qutu”ların şifrəsəsinin açılmasına dair razılıq var.  

O, bu qərarın qəzanın baş vermə səbəbinin elan olmasından qabaq verildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib. İran bu gün təyyarənin səhvən vurulduğunu etiraf edib. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər