İran və Britaniya XİN başçılarının telefon danışığı olub

İran və Britaniya XİN başçılarının telefon danışığı olub
# 05 aprel 2021 11:55 (UTC +04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və onun britaniyalı həmkarı Dominik Raab arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında nüvə sazişi ilə əlaqədar son vəziyyət, xüsusilə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilməsi gözlənilən Nüvə sazişi üzrə birgə komissiyasının iclası müzakirə edilib.

İran XİN başçısı D. Raabın diqqətinə çatdırıb ki, ABŞ tətbiq olunan qanunsuz sanksiyaları tamamilə ləğv etməlidir, belə olan halda ölkəsi öhdəliklərinə qayıdacaq.

O, eyni zamanda, nüvə sazişinin tərəfdaşı olan Avropa ölkələrini razılaşmadakı öhdəliklərinə sadiq qalmağa və Vyana iclasında konstruktiv mövqe tutmağa çağırıb.

D. Raab Böyük Britaniyanın danışıqların nəticə verməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR