İrana qaçaqmalçılıq yolu ilə spirtli içkilər gətirən dəstənin başçısı saxlanılıb

İrana qaçaqmalçılıq yolu ilə spirtli içkilər gətirən dəstənin başçısı saxlanılıb
# 16 iyun 2020 12:22 (UTC +04:00)

İranın Kürdüstan əyalətində sərhədçilərlə qaçaqmalçılar arasında atışma olub.

APA-nın Tehran bürosunun məlumatına görə, insident ötən axşam baş verib.

İran sərhədçiləri 3 nəfəri saxlayıb. Bildirilib ki, saxlanılanlardan biri İrana qaçaqmalçılıq yolu ilə spirtli içkilər gətirən dəstənin başçısıdır.

Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində sərhədçilərdən bir nəfər zabit həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR