İranda "donuz qripi"ndən ölənlərin sayı 114 nəfərə çatıb

İranda "donuz qripi"ndən ölənlərin sayı 114 nəfərə çatıb
# 15 yanvar 2020 13:24 (UTC +04:00)

İranda A (H1N1) tipli qrip virusundan ölənlərin sayı 114 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin yolxucu xəstəliklərin idarəetmə mərkəzinin sədri Hüseyn İrfani deyib. Onun sözlərinə görə, son həftələr ölkədə B tipli qrip virusuna yoluxanların da sayı artmaqdadır.

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kerman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

Xəstəxanalarda A və B tipli viruslara yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR