İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub

İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub
# 24 fevral 2021 13:02 (UTC +04:00)

İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Koronavirusla mübarizə qərargahının sözçüsü Əlirza Rəisi deyib.

O əlavə edib ki, indiyədək koronavirusun “Britaniya ştammı”na yoluxmuş şəxslərdən 8 nəfəri vəfat edib.

Qeyd edək ki, İranda indiyədək koronavirusdan 59 663 nəfər həyatını itirib, bu virusa yoluxanların sayı isə 1 590 605 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR