İranda 4,5 bal gücündə zəlzələ olub

İranda 4,5 bal gücündə zəlzələ olub
# 02 iyul 2020 10:38 (UTC +04:00)

İranın Fars vilayətinin Məhməleh bölgəsində 4,5 bal gücündə zəlzələ olub.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ saat 00:04 radələrində yerin 8 kilometr dərinliyində baş verib.

Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR