İranda 5,6 bal gücündə zəlzələ baş verib, 10 nəfər yaralanıb

İranda 5,6 bal gücündə zəlzələ baş verib, 10 nəfər yaralanıb
# 18 fevral 2021 02:13 (UTC +04:00)

İranın cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Təcili Yardım Xidmətinin əməkdaşı Mojtaba Xaledi bildirib.

İsfahan, Boyrəhməd və Kohqiluye yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib.

Zəlzələ daha çox Sisaxt şəhərində hiss edilib.

Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.

Yerli mətbuatın yazdığına görə, bölgədə elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR