İranda COVID-19-a yoluxanların sayı 269 440 nəfərə çatıb

İranda COVID-19-a yoluxanların sayı 269 440 nəfərə çatıb
# 17 iyul 2020 17:16 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 183 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 13 791 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 379 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 269 440 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 232 873 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 509 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR