İranda COVID-19-dan ölənlərin sayı 60 928 nəfərə çatıb

İranda COVID-19-dan ölənlərin sayı 60 928 nəfərə çatıb
# 10 mart 2021 14:41 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 61 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 60 928 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 606 nəfər koronavirisa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 715 162 nəfərə çatıb. Virus daşıyıcılarından 3 823 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR