İranda COVİD-19-dan ölənlərin sayı 61 230 nəfərə çatıb

 İranda COVİD-19-dan ölənlərin sayı 61 230 nəfərə çatıb
# 14 mart 2021 16:06 (UTC +04:00)

İranda ötən sutka ərzində 83 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 61230 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 7593 nəfər koronavirisa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1746954 nəfərə çatıb. Virus daşıyıcılarından 3833 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR