İranda COVID-19-la əlaqədar yeni məhdudiyyətlər tətbiq olunacaq

İranda COVID-19-la əlaqədar yeni məhdudiyyətlər tətbiq olunacaq
  • Clock-gray 15:11
  • calendar-gray 14 Noyabr 2020

Noyabrın 21-dən etibarən İranda yeni növ koronavirusla (COVID-19) əlaqədar məhdudiyyətlər tətbiq olunacaq. Məhdudiyyətlər epidemiyanın sonunadək qüvvədə qalacaq.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İranın

Prezidenti Həsən Ruhani deyib.

Onun sözlərinə görə, əhalinin və insanların şəhərlərdə toplanmasının və hərəkətinin konsentrasiyasını minimuma endirmək gərəkdir: "Təəssüf ki, hazırda belə bir şəraitdəyik ki, məhdudiyyətlərin sayını artırmaq məcburiyyətindəyik. Yeni planın icrasına gələn həftənin şənbə günündən, yəni 21 noyabrdan etibarən yalnız bir vilayətə deyil, bütün ölkə ərazisində başlanacaq".

Prezident əlavə edib ki, hər bir şəhərin xüsusiyyətlərinə və şərtlərinə uyğun olaraq, yeni layihənin əsas prinsipləri koronavirus infeksiyasının sonunadək qüvvədə qalacaq.

Öz növbəsində, planın təfərrüatlarını izah edən koronavirusla mübarizə qərargahının nümayəndəsi Alireza Rəisi bildirib ki, məhdudiyyətlər müvafiq bir yerə təyin olunan xəstəlik dərəcəsi ilə müəyyən ediləcək – “qırmızı”, “narıncı” və ya “sarı”.

Xatırladaq ki, İranda cari ilin fevralın 19-da koronavirusa ilk yoluxma halı qeydə alınandan indiyədək COVID-19-a 738 322 nəfər yoluxub, 40 582 nəfər ölüb, 546 642 nəfər sağalıb.

apa-logo-mini

Digər xəbərlər