İranda İslam İnqilabının 42-ci ildönümü qeyd olunur

İranda İslam İnqilabının 42-ci ildönümü qeyd olunur
# 10 fevral 2021 11:14 (UTC +04:00)

Bu gün İranın paytaxtı Tehran şəhərində, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında İslam İnqilabının 42-ci ildönümü ilə əlaqədar yürüşlər simvolik olaraq avtomobil və motosikletlərlə keçirilir.

APA-nın Tehran bürosunun xəbərinə görə, koronavirus pandemiyası ilə əlaqədar İranda İslam İnqilabı yürüşlərinin əhalinin iştirakı ilə kütləvi şəkildə keçirilməsinə icazə verilməyib.

Yürüş yerli vaxtla saat 10-da başlanıb.

İranda İslam İnqilabının qələbəsinin 42-ci illiyi ilə əlaqədar bütün tədbirlərin onlayn şəkildə keçirilməsi və televiziya vasitəsilə yayımlanmasına qərar verilib.

Ötən gecə də İranda İslam İnqilabının 42-ci illiyi ilə əlaqədar atəşfəşanlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR