İranda akvaparkda attraksion aşıb, 18 nəfər xəsarət alıb

İranda akvaparkda attraksion aşıb, 18 nəfər xəsarət alıb
# 04 iyun 2020 11:33 (UTC +04:00)

İranda akvaparkda attraksionun aşması nəticəsində 18 uşaq və yeniyetmə xəsarət alıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə Tehran əyalətinin Tuçal bölgəsində yerləşən akvaparkda baş verib.

Güclü külək attraksionun əyləc sisteminə gedən elektrikin qırılmasına və attraksionun aşmasına səbəb olub.

Xəsarət alan yeniyetmə və uşaqlardan 5-nin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, akvaparkın rəhbərliyi saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR