İranda bağlanan Ərak nüvə obyektinin fəaliyyəti bərpa ediləcək

İranda bağlanan Ərak nüvə obyektinin fəaliyyəti bərpa ediləcək
# 19 mart 2021 14:12 (UTC +04:00)

“Ərak nüvə obyektində mürəkkəb soyuducu sistemlərin quraşdırılması və işə salınması sınaqdan keçiriləcək”.

APA-nın Tehan bürosunun məlumatına görə, bunu İranın Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

“Ağır su” kimi nüvə məhsullarını ərsəyə gətirən bu obyekt 2015-ci ildə nüvə sazişinə əsasən bağlanılıb və hətta bir sıra çənlərə və quyulara betonlar tökülüb.

B. Kəmalvəndi qeyd edib ki, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planına dair öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdıqdan sonra Ərak nüvə obyektinin yenidən fəaliyyəti üçün işlərə başlanılıb: “Çinli və yerli mütəxəssislərlə işləri davam etdirdik. 2021-ci ilin əvvəlində Ərak nüvə reaktorunun soyuq testi həyata keçiriləcək. Bu iş nüvə reaktorunun 1 il ərzində fəaliyyətini tam bərpa etməsi üçün bir müqəddimədir”.

B. Kəmalvəndi İranın uran yataqlarında kəşfiyyat işlərinin də yüksək texnologiya ilə aparıldığını və kəşfiyyatın artdığını vurğulayıb: “Ötən illərdə orta hesabla 4 ton uran əldə olunurdusa, cari ildə bu rəqəm 37 tona qalxıb. Bu, çox böyük inkişafdır. Bizim hədəfimiz budur ki, ildə 100 ton uran istehsal edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR