İranda baş vermiş zəlzələ evlərə ziyan vurub

İranda baş vermiş zəlzələ evlərə ziyan vurub
# 15 iyun 2020 10:16 (UTC +04:00)

İranın Fars əyalətinin Beyram yaşayış məntəqəsində baş vermiş 5,1 bal gücündə zəlzələdə evlərə ziyan dəyib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu şəhərin bələdiyyə sədri Əsğər Frudi deyib.

Onun sözlərinə görə, Xəlili və Fədağ Gəraş kəndlərində 90 –dan çox evə ziyan deyib. “Evlərin çoxu 20-60 faiz ziyan görüb. Zəlzələ nəticəsində 2 nəfər də xəsarət alıb.”

Qeyd edək ki, yeraltı təkanlar ötən gecə yerli vaxtla saat 22:35-də qeydə alınıb. Zəlzələnin episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 17 km məsafədə qeydə alınıb. Zəlzələ episentri 16 km dərinlikdə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR