İranda baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb - YENİLƏNİB

İranda baş vermiş zəlzələ zamanı 1 nəfər  ölüb, 6 nəfər  yaralanıb - YENİLƏNİB
# 08 may 2020 02:06 (UTC +04:00)

Tehranda baş vermiş zəlzələdə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Təcili Tibbi Yardım Xidməti elan edib.

Məlumata görə, həyatını itirən şəxs Gilavənd şəhər sakini 60 yaşlı kişidir.

Yaralılar xəstəxanaya çatdırılıb.

***

01:46

İranda daha bir ərazisində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın yerli vaxtla saat 01:46 radələrindəLorestan əyalətinin Firuzabad bölgəsində 4 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların episentri Lorestan əyalətinin Firuzabad bölgəsində, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.

****

01:21

Tehranda baş verən zəlzələdən sonra İran hökuməti nisbətən köhnə binalarda yaşayan sakinlərə çağırış edib.

APA-nın Tehran bürosunun məluamatına görə, onlara mənzilləri tərk edərək, küçəyə çıxmaq tövsiyə olunub.

***

00:24

İranın paytaxtı Tehranda zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məluamatına görə, az öncə Tehranda zəlzələ baş verib.

3 bal gücündə hiss olunan yeraltı təkanlar yerli vaxtla saat 23:30 radələrində qeydə alınıb.

Zəlzələnin episentri Tehranın Dəmavənd bölgəsndə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, İranın bəzi xəbər saytları ikinci zəlzələnin yerli vaxtla saat 00:48-də Dəmavənd bölgəsində 5,1 bal gücündə baş verdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR