İranda bir gündə 2364 nәfәr koronavirusa yoluxub, 72 nәfәr ölüb

İranda bir gündə 2364 nәfәr koronavirusa yoluxub, 72 nәfәr ölüb
# 07 iyun 2020 14:25 (UTC +04:00)

İranda son sutkada 2364 nәfәr koronavirusa yoluxub.

APA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, İranda bu virusa yoluxanların sayı 171 789 nәfәrә yüksәlib. Onlardan 2 596 nәfәrin vәziyyәti ağırdır, 72 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 8 291 nәfәrә çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR