İranda daha 121 nəfər koronavirusdan ölüb

İranda daha 121 nəfər koronavirusdan ölüb
  • Clock-gray 15:48
  • calendar-gray 28 Dekabr 2020

İranda ötən sutka ərzində 121 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 814 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5908 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1206373  nəfərə çatıb. Virus daşıyıcılarından 5174 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 960751 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər