İranda daha 133 nəfər koronavirusdan ölüb

İranda daha 133 nəfər koronavirusdan ölüb
# 24 avqust 2020 14:36 (UTC +04:00)

İranda ötən sutka 133 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 20 776 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2245 nəfər koronavirusa yoluxub. Bununla İranda bu virusa yoluxanların sayı 361 150 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 848 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 311 365 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR