İranda daha 295 nəfər koronavirusdan ölüb

İranda daha 295 nəfər koronavirusdan ölüb
# 09 dekabr 2020 14:41 (UTC +04:00)

İranda ötən sutka ərzində 295 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla İranda virusdan ölənlərin sayı 51212 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10223 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1072620 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR