İranda daha 4 nəfərdə koronavirusun “Britaniya ştamı” aşkarlanıb

İranda daha 4 nəfərdə koronavirusun “Britaniya ştamı” aşkarlanıb
# 10 yanvar 2021 13:06 (UTC +04:00)

İranda yenidən yeni növ koronavirusun (COVİD-19) “Britaniya ştamı” aşkarlanıb

APA-nın xəbərinə görə, bunu bu gün İran səhiyyə naziri Səid Namaki bildirib.

Səhiyyə naziri deyib ki, dünən ölkədə 4 belə hal aşkarlanıb. Virusa yoluxanlar Avropadan ölkəyə gələn bir ailənin üzvləridir.

Bununla da ölkədə koronavirusun “Britaniya ştamı”na yoluxanların sayı 5 nəfərə çatıb. Bundan əvvəl Böyük Britaniyadan gələn bir nəfərdə bu virus aşkarlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR