İranda daha 406 nəfər koronavirusdan ölüb

İranda daha 406 nəfər koronavirusdan ölüb
# 05 noyabr 2020 14:44 (UTC +04:00)

Ötən sutka ərzində İranda 406 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 36985 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8772 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 654936 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5472 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 505287 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR