İranda daha 73 nəfər koronavirusdan ölüb

İranda daha 73 nəfər koronavirusdan ölüb
  • Clock-gray 14:49
  • calendar-gray 21 Mart 2021

İranda ötən sutka ərzində 73 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Bununla da İranda COVİD-9-dan ölənlərin sayı 61 797 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 7260 nəfər koronavirisa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1801065 nəfərə çatıb. Virus daşıyıcılarından 3858 nəfərin vəziyyəti ağırdır.

Süleyman Fərzəliyev

Digər xəbərlər