İranda daha 81 nəfər koronavirusdan ölüb

İranda daha 81 nəfər koronavirusdan ölüb
  • Clock-gray 14:53
  • calendar-gray 14 Yanvar 2021

İranda ötən sutka ərzində 81 nəfər koronavirusdan (COVID -19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə,  bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 533 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 471 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə virusa yoluxanların sayı 1 311 810 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 437 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 101 599 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər