İranda daha 84 nəfər koronavirusdan ölüb

İranda daha 84 nəfər koronavirusdan ölüb
# 20 yanvar 2021 14:40 (UTC +04:00)

İranda ötən sutka ərzində 84 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57057 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6182 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1348316 nəfərə çatıb. Virus daşıyıcılarından 4214 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1137812 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR