İranda daha 91 nəfər koronavirusdan ölüb

İranda daha 91 nəfər koronavirusdan ölüb
  • Clock-gray 15:42
  • calendar-gray 23 Fevral 2021

İranda ötən sutka ərzində 91 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 59 663 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 263 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 590 605 nəfərə çatıb. Virus daşıyıcılarından 3 696 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 358 541 nəfər koronavirusdan sağalıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər