İranda dərslər başlayıb

İranda dərslər başlayıb
# 05 sentyabr 2020 11:16 (UTC +04:00)

İranda koronavirus pandemiyasının geniş yayılmasına baxmayaraq, bu gün səhər məktəblərdə dərslər başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bununla əlaqədar İran Prezidenti Həsən Ruhani videokonfrans vasitəsilə açılış tədbiri keçirilib.

O bildirib ki, məktəblərdə dərslər 15 gün başlayır: "Hər il dərslər İranda sentyabr ayının 22-də başlayır. Lakin bu il dərs proqramını təkmilləşdirmək məqsədilə dərslər 15 gün tez başlayıb".

İran Prezidenti məktəblərdə bütün səhiyyə protokollarına əməl etməyi tövsiyə edib və bildirib ki, tədris müddətində tətil olmayacaq.

Qeyd edək ki, İranda dərslər online və normal formada təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR