İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub
# 27 yanvar 2020 17:55 (UTC +04:00)

İranın Fars əyalətində güclü zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Fars əyalətinin Xanə Zənyan bölgəsində qeydə alınan zəlzələ 5.4 bal gücündə hiss olunub. Bölgəyə xilasedicilər və ekspert qrupu göndərilib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR