İranda əhalinin 35 faizi yoxsulluq həddində yaşayır

İranda əhalinin 35 faizi yoxsulluq həddində yaşayır
# 28 dekabr 2020 13:08 (UTC +04:00)

İranda əhalinin 35% -i yoxsulluq həddində yaşayır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Parlamentinin Araşdırmalar Mərkəzinin İqtisadi Araşdırmalar Ofisinin direktoru Musa Şahbazi deyib.

O qeyd edib ki, İranda son illərdə əmtəə istehlakının orta həddi əhəmiyyətli dərəcədə azalıb, həmçinin ət istehlakı azalaraq toyuq və yumurta istehlakına çevrilib. M. Şahbazi ölkədə qırmızı ət istehlakının yalnız "ayda 25 qram" olduğunu bildirərək vurğulayıb ki, 2019-cu ilin noyabrından 2020-ci ilin noyabrınadək toyuq ətinin qiyməti 84%, yumurtanın qiyməti isə 88% bahalaşıb ki, bu da həmin iki məhsulun istehlakı üçün təhlükədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR