İranda hökumət əleyhinə aksiya keçirilib

İranda hökumət əleyhinə aksiya keçirilib
# 13 dekabr 2019 17:15 (UTC +04:00)

Dekabrın 13-də Tehranda bir qrup tələbə ölkənin neft naziri Bijən Namdar Zəngənənin atdığı addımlara etiraz edərək aksiya keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, aksiya bu gün cümə namazından sonra baş tutub. Tələbələr, eyni zamanda, Prezident Həsən Ruhaninin əleyhinə şüarlar səsləndiriblər. Onlar ölkənin neft naziri Bijən Namdar Zəngənənin atdığı addımları pisləyiblər. Aksiya iştirakçıları nazirin mühakimə olunmasını tələb ediblər.

Etirazçı tələbələr “Qoca və yorğun nazir, dövlət lilə oturub”, “Ar olsun, dərdə dəyməz məsulumuza”, "Zəngənənin mühakiməsi tələbələrin istəyidir" kimi şüarlar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR