İranda iğtişaşlar törətməyə cəhd edən dəstə üzvləri həbs edilib

İranda iğtişaşlar törətməyə cəhd edən dəstə üzvləri həbs edilib
# 03 dekabr 2019 15:02 (UTC +04:00)

İranın Təhlükəsizlik Nazirliyi ölkədə iğtişaşlar törətməyə cəhd edən dəstənin üzvlərinin həbs edildiyini açıqlayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, Nazirliyin yaydığı məlumatda bildirilib ki, dəstə üzvləri 7 dekabr - tələbələr günündə benzinin qiymətinin artımından sonra Tehran universitetlərinin tələbələrinin bahalaşmaya dair piketlərini küçə etirazlarına çevirməyi planlaşdırıblar.

Dəstə üzvləri həbs olunub, onların barəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR