İranda iğtişaşlara rəhbərlik edən 180 nəfər həbs edilib

İranda iğtişaşlara rəhbərlik edən 180 nəfər həbs edilib
# 23 noyabr 2019 20:30 (UTC +04:00)

İranda yanacağın qiymətinin artımından sonra baş vermiş iğtişaşlara rəhbərlik edən 180 nəfər həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran polisi bu gün mətbuata açıqlamasında deyib.

Məlumatda bildirilib ki, iğtişaşın təşkilatçıları xalqın köməyi ilə təhlükəsizlik qüvvələri tərəfindən müəyyən olunub və həbs edilib.

Qeyd edək ki, bundan öncə İran ədliyyəsinin sözçüsü Qulamhüseyn İsmaili noyabrın 22-də demişdi ki, “İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) ölkənin müxtəlif yerlərində etirazların 100-dək liderini və aparıcı fiqurunu həbs edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR